“Şanxay, Bakı” filmi Finlandiyanın film festivalında yer alıb
Rejissor Teymur Hacıyevin "Şanxay, Bakı" filmi Finlandiyanın Tampere şəhərində baş tutacaq beynəlxalq qısametrajlı filmlər festivalının müsabiqə proqramında yer alıb. SİA-nın verdiyi xəbərə görə, martın 9-dan 13-dək keçiriləcək eksperimental kino layihəsində nümayiş olunacaq filmdə əməkdar artist Qurban İsmayılov, aktyorlar Rasim Cəfər və Roza İbadova rol alıblar.
Ekran əsərində iki gənci xoşbəxtliyə aparan yol təsvir olunur.
Qeyd edək ki, 1969-cu ildən keçirilən Tampere festivalı qısametrajlı filmlər üzrə Şimali Avropanın nüfuzlu festivallarından sayılır və Beynəlxalq Kinoprodüserlər Assosiasiyası (FİAPF) tərəfindən qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB