“Xanuma” səhnədə

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində "Xanuma" tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, gürcü dramaturqu A. Saqarelinin "Xanuma" əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.

İki hissəli musiqili parodiyanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı xalq artisti Tofiq Quliyevdir.

Tamaşada rolları xalq artistləri Bəsti Cəfərova, Ramiz Novruz, Hacı İsmayılov, Zemfira Nərimanova, əməkdar artistlər Mətanət Atakişiyeva, Cəfər Namiq Kamal, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov və başqaları ifa ediblər.

Qeyd edək ki, 1882-ci ildə yazılan əsər əsasında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tbilisidə cərəyan edir.

Bütün xəbərlər Facebook səhifəmizdə