Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin səyyar seminarı FOTOLAR
25 yanvar 2016-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsu ilə yaradılmış "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun fəaliyyətinin yerlərdə stimullaşdırılması məqsədilə Siyəzən rayonunda Siyəzən və Şabran rayon mədəniyyət və turizm şöbələrinin müəssisələrində çalışan 50-dən çox gənc mədəniyyət işçisinin iştirakı ilə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Zəminə Qədirli açmış, sözü rayon İcra Hakimiyyəti başçısının müavini Təhminə Eyvazovaya vermişdir. Təhminə Eyvazova qeyd olunan tədbirin əhəmiyyətini bildirərək ölkədə aparılan mədəniyyət siyasəti çərçivəsində sözügedən görüşlərin bu rayonda da keçirilməsini təqdirəlayiq hesab etdiyini vurğulamışdır.
Məruzə ilə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev mədəniyyət siyasəti və onun yerlərdə tətbiqi barədə söhbət açaraq sahənin qarşısında duran əsas strateji ptioritetlərlə bağlı gənc mədəniyyət işçilərinə məlumat vermişdir. Tədbir iştiralçıları ilə Mərkəzin şöbə müdiri Məzahir Qarayev və digər əməkdaşları arasında mədəniyyət müəssisələrinin səmərəliliyin artırılması mövzusunda geniş fikir mübadiləsi aparılmışdır.
Görüş zamanı sözügedən istiqamətdə perspektiv fəaliyyət planı və birgə tədbirlər də müzakirə olunmuşdur.
Daha sonra Mərkəz tərəfindən hazırlanmış metodiki vəsaitlər və digər çap məhsulları mədəniyyət müəssisələrinin əməkdaşlarına təqdim edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB