Qusar rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasim iştirakçıları tərəfindən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anılıb.
Daha sonra rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova giriş sözü ilə çıxış edərək mərasim iştirakçılarına 20 yanvar hadisələri haqqında ətraflı məlumat verib.
Tədbirdə iştirak edən şəhər 5 saylı orta məktəbin tarix müəllimi Gülçin Muradova, rayon tarix diyarşünasliq muzeyin fond mühafizi Nahid Hacıyev, fəal gənc Könül Bəyova, Dağlıq Qarabaq müharibəsinin iştirakçısı Vəfadar Babaverdiyev çıxış edərək milli azadlıq yolunda canlarından keçmiş vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını vurğulayıblar.
Sonra məktəblilərinin iştirakı ilə əbədi-bədii kompozisiya səsləndirilib.
Tədbirin sonunda 20 yanvar hadisələrini əks etdirən xronoloji film nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB