Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə "20 Yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən, Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş "Vətən şəhidləri ilə ucalır" adlı tədbir-sərgi təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev, Vaqif Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbinin direktoru Akif Süleymanov, şəhid Fərizə Allahverdiyevanın anası Bağda Allahverdiyeva iştirak edib.
Mərasimi giriş sözü ilə açan Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi 20 Yanvar şəhidlərini anaraq, Azərbaycan xalqının onları heç vaxt unutmadığını qeyd edib. Daha sonra tədbirdə söz alan 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev, Vaqif Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbinin direktoru Akif Süleymanov, şəhid Fərizə Allahverdiyevanın anası Bağda Allahverdiyeva çıxışlarında dərin hüznlərini bildiriblər.
20 Yanvar şəhidi İlham Allahverdiyevin şəxsi əşyaları qardaşı Elxan Allahverdiyev tərəfindən muzeyə təhvil verilib.
Sərgidə Vaqif Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbi və Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin şagirdlərinin 40-a yaxın rəsm əsərləri nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB