"Məlikməmməd" tamaşası səhnədə

Dövlət Kukla teatrında "Məlikməmməd" tamaşası səhnəyə qoyulacaq. SİA-nın verdiyi xəbərə görə, balacaların maraqla izlədiyi, xeyirxah olmağa çağıran tamaşa yanvarın 16-da səhnələşdiriləcək. Dövlətlərdən birində divlər ölkəni şər qüvvələrdən qoruyan üç sehrli almanı oğurlayırlar. Həmin almaları axtarıb tapmaq üçün şah oğlanlarının üçünü də uzaq səfərə göndərir. Böyük oğul Şahməmməd əylənmək, şənlənmək həvəskarıdır. Ortancıl Xanməmməd acgöz və tənbəldir, kiçik qardaş Məlikməmməd isə romantik və xəyalpərəstdir. Qardaşların yolu uzun, təhlükəli və çətin olur. Amma tamaşanın sonunda onlar hər cür çətinlikləri aradan qaldırır, güclü və xeyirxah olurlar.

Qeyd edək ki, biletlərin qiyməti 3 Azn-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə