Azərbaycanın Kanadadakı səfirliyi və Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti Kalqari şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ziyafət təşkil ediblər. SİA-ya səfirlikdən verilən məlumta görə, tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, o cümlədən Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun üzvü Dipak Obray və digərləri iştirak ediblər.
Mərasimdə Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin yeni seçilmiş prezidenti Famil Qarayev qurumun gördüyü işlər, həyata keçirdiyi tədbirlər və əldə etdiyi nailiyyətlər barədə məlumat verib.
Azərbaycanın Kanadadakı səfirliyinin konsulu Faiq Babayev tədbirdə çıxış edib, Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbərliyinə bu görüşü təşkil etdiklərinə görə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Dipak Obray deyib ki, Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun üzvü olmaq onun üçün böyük şərəfdir.
Mərasimdə Kalqari şəhərində fəaliyyət göstərən "Azerbaijan Heritage Dance Academy", "Calgary Stars", "Cücələrim" qrupları tərəfindən Azərbaycan musiqiləri səsləndirilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB