Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin binasında Azərbaycanda tibb elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim, ictimai xadim, AMEA-nin təsisçilərindən biri, akademik Mustafa Topçubaşovun anadan olmasının 120 illiyinə həsr edilən elmi sessiya keçirilir. SİA-nın məlumatına görə, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın müxbir üzvü Nuru Bayramov və digərləri iştirak edib.
Əvvəlcə kademik Mustafa Topçubaşovun həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş olunub. Çıxışçılar qeyd ediblər ki, M.Topçubaşov bu elm məbədinin ilk həqiqi üzvlərindən olub, həyatını bütünlüklə Azərbaycan səhiyyə sisteminin təkmilləşməsinə, milli tibb kadrlarının hazırlanmasına, onların təkmil mütəxəssis kimi yetişməsinə həsr edib. Görkəmli alim, həmçinin tibb sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində, elmdə, tibb təhsilinin tədrisində, müalicə və profilaktika işlərində mühüm islahatların həyata keçirilməsində misilsiz xidmətlər göstərib. Tədbir hazırda davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB