Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə mədəniyyət müəssisələrinin, özfəaliyyət işinin, milli musiqi və folklor janrının inkişaf etdirilməsi məqsədi ilə Bakı şəhər musiqi kollektivlərinin festivalına start verilib. SİA-nın verdiyi xəbərə görə, festival dekabrın 28-dək davam edəcək. Festival 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub. Festivalın seçim mərhələsində 12 mədəniyyət müəssisədən 15 musiqi kollektivi çıxış edib.
Qeyd edək ki, festivala ümumilikdə 41 mədəniyyət müəssisəsindən 46 musiqi kollektivi qatılıb. Festivalın seçim mərhələsi dekabrın 16-dək Mərdəkan mədəniyyət sarayında davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB