Yeni il qabağı S.Vurğun adına Dövlət Rus Dram Teatrı maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək. Belə ki, dekabrın 27-də teatrda P.Kalderonun lirik komediya janrında qələmə aldığı "Məhəbbətlə zarafat etmirlər" pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq. Teatrdan SİA-ya verilən xəbərə görə, tamaşanın quruluşçu rejissoru Anna Potapova, quruluşçu rəssamı İrina Yaryomenko, musiqi tərtibatçısı Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverovdur.
Qeyd edək ki, tamaşada əsas rolları Əməkdar Artist Salman Bayramov, aktyorlar Mariya Dubovitskaya, Oleq Əmirbəyov, Murad Məmmədov, Yeganə Hüseynli və başqaları ifa edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB