Cahangir Zeynalovun 150 illiyinə həsr olunmuş konfrans keçiriləcək
Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli aktyor və teatr xadimi, Azərbaycan professional teatrının banilərindən biri, pedaqoq Cahangir Zeynalovun anadan olmasının 150 illiyinə həsr olunmuş elmi-praktik dekabrın 21-də konfrans keçiriləcək. Teatr Xadimləri İttifaqından SİA-ya verilən xəbərə görə, konfransda sənətkarın həyat və yaradıcılığı ilə yanaşı, teatr və kino tarixindəki misilsiz xidmətlərinə dair məruzələr də dinləniləcək.
Tədbir Prezident İlham Əliyevin Azərbaycan professional teatrının banilərindən sayılan Cahangir Zeynalovun 150 illiyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncamına əsasən təşkil olunacaq.
Qeyd edək ki, Cahangir Zeynalov qüdrətli sənətkar kimi ifaçısı olduğu bütün rolları öz canlı müşahidələri sayəsində daim yeni cizgilərlə zənginləşdirib və həyat həqiqətlərini realizm prinsipləri əsasında səhnədə müvəffəqiyyətlə canlandıran dolğun surətlər silsiləsi yaradıb. Onun yüksək əhəmiyyətə malik sənət məktəbinin parlaq ənənələri böyük səhnə ustaları tərəfindən bu gün də davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB