MEMM Zaqatalada növbəti tədbir keçirib

MEMM Zaqatalada növbəti tədbir keçirib

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin (MEMM) 2015-ci il tədbirlər planına uyğun dekabr ayının 4-də Zaqatala rayonunda Suvagil kənd mədəniyyət evinin "Ceyranım", Dağlı kənd mədəniyyət evinin "Lilay", Makov kənd mədəniyyət evinin "Hudulki" folklor rəqs kollektivlərinin və Zaqatala rayon mədəniyyət evinin "Kəndirbazlar" qrupunun repertuarından DVD diskinin təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sozü ilə Zaqatala rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva açıb.

Daha sonra Mədəniyyətşünasliq üzrə Elmi-Metodiki Mərkəzin İnnovasiyalar və yeni texnologilyalar şöbəsinin müdiri Cabar Süleymanov Zaqatala folklor kollektivlərin repertuarından hazırlanan DVD – diskin hazırlanması haqqında çıxış edib.

Mərkəzin metodisti Səbuni Hüseynov "Gənclərin kreativ qrupun"un yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verib.

Daha sonra, AMEA Folklor İnstitunun mərasim şöbəsinin boyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli "Şimal-Qərb bölgəsində mahnı və rəqslərin ritual (mərasim) qaynaqları" və Dağlı kənd Mədəniyyət evinin direktoru Elmira İsmayilova məruzələrlə çıxış edib.

Tədbirdə folklor kollektivlərinin üzvləri və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirin sonunda hazırlanan DVD – disk nümayiş etdirilib.

Daha sonra Mədəniyyətşünasliq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən hazırlanan Metodiki tövsiyələr Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsinə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə