Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz əlaqələrini genişləndirir

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz əlaqələrini genişləndirir

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin təşəbbüsü ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə aparılmış islahatlardan sonra müəssisənin qarşısında müəyyən olunmuş strateji vəzifələrdən biri onun mədəniyyət və incəsənət sahələri üzrə respublikada beyin mərkəzinə çevrilməsindən ibarətdir. Bu məqsədə nail olmaq üçün Mərkəzin kollektivi tərəfindən müxtəlif istiqamətlərdə müvafiq tədbirlər və layihələr həyata keçirilir.

Bu mənada Mərkəzin mühüm fəaliyyət istiqamətlərindən biri respublikanın müxtəlif elm və ali təhsil müəssisələri, habelə peşə birlikləri və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT-ları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasından ibarətdir. Olduqca vacib sahələrdən biri Uşaq, musiqi və incəsənət məktəblərində tədris prosesinin təkmilləşməsi və bu müəssisələrə peşəkar mütəxəssislərin cəlb olunması, xüsusən də uşaq və yeniyetmələrin yaradıcılığa dair marağının artırılmasını nəzərə alaraq, Mərkəzin Azərbaycan Bəstəkar İttifaqı ilə əməkdaşlıq əlaqələrini genişləndirir.

Belə ki, cari ilin 24 noyabr tarixində Azərbaycan Bəstəkar İttifaqının binasında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev və Mərkəzin əməkdaşı Səadət Təhmirazqızının sözügedən ittifaqının sədri Respublikanın xalq artisti Firəngiz Əlizadə ilə işgüzar görüş keçirilmişlər.

Görüş zamanı ölkə rəhbərliyinin dəstəyi sayəsində respublikamızda mədəniyyət sahəsində müşahidə olunan inkişaf haqqında və birgə görülə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılmış və birgə əməkdaşlığının səmərəliliyinin artırılması məqsədilə müvafiq əməkdaşlıq memorandumunun imzalanmasına dair razılıq əldə edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə