Muzey Mərkəzində seminar keçirilib FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi “Unudulmaqda olan Xalq yaradıcılıq nümunələrini dirçəltmək” mövzusunda
Muzey Mərkəzində seminar keçirilib FOTOLAR

Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi "Unudulmaqda olan Xalq yaradıcılıq nümunələrini dirçəltmək" mövzusunda seminar keçirilib. SİA-nın verdiyi məlumata görə, seminarda AMEA-nın aparıcı elmi işçiləri, respublikanın ali təhsil ocaqlarının professor və müəllimləri, eləcə də respublikanın tanınmış sənət adamları iştirak ediblər.

Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktor müavini, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlının "Novruz bayramı mərasimlərinin unudulmuş tarixi motivlərinin bərpasına dair", xalçaçı rəssam Eldar Mikayılzadənin "Xalçanın Azərbaycan xalqının həyatında rolu", Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun "Azərbaycan mətbəx mədəniyyətinin ənənələri" və digər mövzularda elmi məruzələr dinlənilib.

Seminarın keçirilməsində məqsəd, əsrlər boyu yaranmış xalq yaradıcılıq nümunələrinin təbliğ olunması, unudulmaqda olan xalq sənətkarlığı nümunələrini bərpa edib dirçəltmək, onları gələcək nəsillərə ötürərək yaşatmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə