Səhnəmizin ən gənc Leylisi: “Ona yenidən aşiq oldum” FOTOLAR
2007-ci ildə keçirilən 2-ci Muğam Müsabiqəsinin qalibi, gənc xanəndə Güllü Muradova ilk dəfə olaraq Opera və Balet Teatrının səhnəsinə Leyli kimi çıxacaq. "Leyli və Məcnun" operasında Məcnun rolunda Güllünün tərəf müqabili, əməkdar artist, Opera və Balet Teatrının solisti Səbuhi İbayev olacaq. Səhnəmizin ən gənc Leylisi bu haqda SİA-ya fikirlərini bölüşüb:"Bu günə qədər səhnəmizdə istər yaşlı sənətkarlarımız, istərsə də gənc sənətçilərimiz Leyli rolunda çıxış edib. Hər bir gənc sənətçinin arzusudr ki, opera səhnəsində bu möhtəşəm sənət əsərində Leyli olsun. Mənə də nəsib oldu. Çox şanslı və xoşbəxtəm. Həmişə sənət yoldaşlarımın təqdimatında "Leyli və Məcnun" operasını izləyirdim və Leyli və Məcnun obrazına heyranlıqla tamaşa edirdim. Özüm o əsərin içinə daxil olandan sonra sanki yeni bir aləmə düşdüm və iki qəhrəmana yenidən aşiq oldum. Çox həyəcanlıyam. Çalışacağam ki, ümidləri doğruldum. Bu işdə mənə kömək olan əməkdar artist, tarzən Elxan Mansurov və rejissorumuz Hafiz Quliyevə minnətdaram. Ustadlarım xalq artistləri Arif Babayev və Mənsum İbrahimovdan da məsləhətlərimi alıram. Dekabrın 3-ü hər kəsi opera səhnəsinə dəvət edirəm".
Güllü məhz Məcnun kimi Səbuhi İbayevi seçdiyi haqda da açıqlama verib:"Səbuhi ilə həyatda da dostuq. Düşünürəm ki, səhnədə uğurlu tərəf müqabili olmaq üçün həyatda da münasibətlər qaydasında olmalıdır".
Qeyd edək ki, dekabrın 3-də, saat 19:00-da təqdim olunan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB