Noyabrın 20-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Əməkdar Mədəniyyət İşçisi, Dövlət mükafatı laureatı, Prezidentin fəxri təqaüdçüsü, şair Fikrət Sadıqın 85 illik yubileyi qeyd olunacaq. SİA-nın verdiyi xəbərə görə, elm, ədəbiyyat, incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə şairin sənətdə keçən ömrü, yaradıcılığı haqqında məruzələr dinlənəcək.
F.Sadıq ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlayıb. Sonralar "Cığır", "Ömrün bir günü", "Dəniz küçəmizə gəlir", "Sevgi yağışı", "İşığın yaşı" və digər onlarla kitab müəllifi olan şair, həm də ümumxalq məhəbbəti qazanıb. Onun poetik yaradıcılığında bədii tərcümələrə də geniş yer verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB