"XAN" nəşriyyatında daha iki kitab işıq üzü görüb. SİA-ya nəşriyyatdan verilən xəbərə görə, "Xarici xatirə ədəbiyyatı" silsiləsindən çap olunan Falih Rıfkı Atayın "Atanız Atatürk" kitabını dilimizə filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı tərcümə edib. Kitab türk xalqının yenilməz lideri Mustafa Kamal Atatürkə həsr edilib.
Kitabın annotasiyasında yazılır: "Falih Rıfkı Atayın "Atanız Atatürk" kitabı böyük türk dövlətini və xalqını məhv olmaqdan qurtaran sərkərdə və lider Mustafa Kamal Atatürkün həyat və fəaliyyəti haqqındadır. Müəllif onun yaxın silahdaşlarından və zamandaşlarından olduğu üçün bu qeyri-adi şəxsiyyətin ən xarakterik cizgilərini ustalıqla göstərə bilmişdir. Bu kitabı oxumaqla siz də Atatürkü yaxından tanıyacaq və sevəcəksiniz".
"Tərcümə" ədəbiyyatı silsiləsindən nəşr olunan Reha Çamuroğlunun "Son yeniçəri" kitabını isə Əziz Məmmədli və Oktay Hacımusalı türkcədən dilimizə uyğunlaşdırıb.
Kitabda bildirilir ki, Reha Çamuroğlunun "Son yeniçəri" əsərində Osmanlı sultanlığı zamanı ən məşhur təriqətlərdən biri olan Bəktaşilərdən, onlarla bağlı verilmiş Sultan Süleyman fərmanından, yüz illər boyunca bu təriqətin yeniçərilərinin Osmanlı dövlətini döyüşlərdə təmsil etməsindən danışılır.
Baş verən əhvalatlar hadisələrin iştirakçısı olan əsir Sarı Abdullanın və son yeniçəri Sabit ağanın dilindən nəql edilir. İslam dinini sonradan qəbul etmiş rus əsiri Sarı Abdulla İstanbulda baş verən ən böyük yeniçəri qırğınının şahidi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB