“Bölgələrdən paytaxta” layihəsi bu dəfə Zaqatalaya həsr olunur
Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir. SİA-nın verdiyi xəbərə görə, layihə çərçivəsində Zaqatalaya həsr olunmuş tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə noyabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşacaq.
Tədbirdə Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və Zaqatalanın adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB