Mingəçevir şəhərinin yaranmasının 67-ci ili tamam olur. SİA-nın məlumatına görə, bu münasibətlə Mingəçevir Dövlət Dram Teatrında "Təbəssüm" tamaşasının daxili baxışı keçirilib. Əşrəf Əsgərovun yazdığı, xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi "Təbəssüm" tamaşası məhz Mingəçevir şəhərinin yaranmasının 67-ci ildönümünə həsr olunub. Tamaşaya Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov başda olmaqla, hüquq mühafizə orqanlarının rəhbərləri və şəhər ictimaiyyəti gəliblər. Tamaşaçıların böyük marağına səbəb olan "Təbəssüm" tamaşası Mingəçevirin 80-90-cı illərini əks etdirir.
Tamaşadan sonra şəhər İcra Hakimiyyətinin başçısı teatrın yaradıcı heyəti ilə görüşüb. Aktyor truppasını təbrik edən icra başçısı öz tövsiyyələrini bildirdi və bundan sonra bütün yeni tamaşaların premyerasına gələcəyini dedi.
Qeyd edək ki, hazırda Mingəçevir Dövlət Dram Teatrında dörd tamaşanın məşq prosesi gedir. İlqar Fəhminin "Son reportaj", Xanirə Röyanın "Xalidənin taleyi", Pərvinin "Dəcəl keçi" əsərlərinə Bəhram Osmanovun quruluşunda eyni adlı tamaşalar hazırlanır. Hər üç tamaşa noyabr ayının sonuna qədər tamaşaçıların ixtiyarına veriləcək. "Son reportaj" tamaşasında Akif Mirabov (əməkdar artist) Şıxı Yaqubov, Asim Əmirov, Firuz Hacıyev rol almışdır. "Xalidənin taleyi" tamaşasında Afət Əliyeva, Qabil İbrahimli, Fəridə Məmmədova,Asim Məmmədov, Ruhəngiz Abdullayeva, Elmira İbrahimova, Ceyhun Əhmədov və Aydın Quliyev rol alıb. "Dəcəl keçi" tamaşasında Aytən Allahverdiyeva, Leyla Cavadova, Ella Yaqubova (əməkdar artist), Asim Məmmədov, Firuz Hacıyev, Eyvaz Əliyev və Amil Fərzəliy rol almışdır. Həmçinin Cavid Atayın "Pusquda" əsərinə rejissor Xəzər Gəncəli eyni adla tamaşa hazırlayır. "Pusquda" tamaşasında İlqar Rəhimov, Aydın Quliyev, Hüseyn Mustafayev rol alıb. Böyük əzmlə çalışan Mingəçevir teatrının truppası bu dörd tamaşa ilə tamaşaçıların sevindirəcəklərinə əmindirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB