Lənkəran şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "İşıqlı və xoşbəxt həyat naminə" devizi altında istedadlı uşaqların əl işlərindən ibarət sərginin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, sərgi BMT–nin "Uşaq hüquqları haqqında Konvensiya"sının 26- cı il dönümü ilə bağlı respublikada keçirilən "Uşaq hüquqları" aylığı çərçivəsində təşkil olunmuş və bu sərgidə şəhərin müxtəlif məktəblərində təhsil alan, eyni zamanda Heydər Əliyev Mərkəzinin rəsm studiyasında çalışan istedadlı uşaqların rəsm əsərləri nümayiş etdirilib.
Açılışda Heydər Əliyev Mərkəzinin direktoru S.Şəfiyeva və İcra Hakimiyyətinin nümayəndəsi K.Manafova, A.Məmmədov və Ombudsman Cəlilabad regional mərkəzinin rəhbəri Z.İsmayılov uşaqları salamlamış, onlara təhsildə və yaradıcılıqda daha yüksək naliyyətlər arzulayıblar. Çıxışlarda qeyd olunub ki, uşaq hüquqlarının qorunması Azərbaycanda dövlət siyasətinin əsas prioritet sahələrindən biridir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun titanik xidmətləri nəticəsində Azərbaycanda uşaqların hərtərəfli qayğı ilə əhatə olunması, milli və ümumbəşəri dəyərlər ruhunda böyüməsi ,yaşaması üçün gözəl şərait yaradılıb. Uşaq hüquqlarının qorunması və onların problemlərinin həlli hər zaman Heydər Əliyev siyasi xəttinin əsas qayəsində olub. Ümummilli lider Heydər Əliyev ölkəmizdə uşaq hüquqlarının müdafiəsinin davamlılığı məqsədilə BMT-nin "Uşaq hüquqları haqqında Konvensiya"sına uyğun olaraq 1998-ci il avqustun 24-də "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalamışdır. Hazırda ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı bir sıra fundamental dövlət proqramlarının həyata keçirilməsini reallaşdırıb. "Xüsusi istedada malik olan uşaqların(gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"ölkənin istedadlı məktəblilərinin aşkar olunmasına və onlara öz istedadlarını inkişaf etdirmək üçün geniş şəraitin yaradılmasına təminat verilib. BMT-nin "Uşaq Hüquqları haqqında Konvensiyası"na və "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ölkəmizdə uşaqların hüquqları qorunur, gənc nəslin sosial müdafiəsi və təhlükəsizliyini təmin olunması üçün bütün tədbirlər görülür və onların yaradıcı qabiliyyətlərinin üzə çıxarılması və inkişafından ötrü əlverişli şərait yaradılıb. Sonda uşaqların əl işlərinin təqdimatı və Azərbaycanda dövlət uşaq siyasətini əks etdirən video çarxın nümayişi keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB