Xəbər verildiyi kimi, Belarus Respublikası Prezidentinin İşlər İdarəsi yanında fəaliyyət göstərən "Sentrkurort" dövlət müəssisəsinin, "Belaqrozdravnica" açıq səhmdar cəmiyyətinin, Belarus Tibb Akademiyasının və "Prezident" mehmanxanasının bir qrup nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olublar. Səfər çərçivəsində Bakıda 1-ci Belarus-Azərbaycan Turizm forumu keçirilib.
Tədbir Belarus Respublikası Prezidentinin İşlər İdarəsi yanında fəaliyyət göstərən "SENTRKURORT" dövlət müəssisəsinin, Belarusun Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm Assosiasiyasının və Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyasının dəstəyi ilə təşkil edilib.
Forumda Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç, "SENTRKURORT", "Belaqrozdravnitsa", "Prezident Otel 5*", "Belavia" şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Onlar Belarusun turizm sənayesinə, sanatoriya-kurort potensialına dair təqdimatlar həyata keçirmişlər.
Həmçinin, Belaruslu qonaqlar üçün Azərbaycanın tarixi və mədəniyyət abidələri, turizm potensialı və onun ölkənin iqtisadiyyatında roluna dair videoçarx nümayiş etdirilib və Azərbaycanın sanator-kurort imkanları ilə bağlı geniş təqdimat həyata keçirilib.
Tədbirdə Azərbaycanın turizm potensialını təqdim edən 20-dən çox yerli turizm şirkəti iştirak edib.
Eyni zamanda Azərbaycan Turizm Assosiasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyasının təşkilatçılığı ilə Qalaalti Hotel & SPA mərkəzinə infotur təşkil olunub. İnfoturda mövcud turizm və müalicə potensialı, qarşılıqlı fəaliyyətin geniş imkanları, personalın hazırlıq səviyyəsi və qarşılıqlı turist mübadiləsi müzakirə olunub. Qonaqlar Qalaalti Hotel & SPA mərkəzindəki yüksək texnoloji avadanlıqlardan, tibbi xidmətin səviyyəsindən və mehmanxana kompleksindən məmnun qalıblar.
Qərara alınıb ki, cari ilin noyabr ayının sonuna Minsk şəhərində Azərbaycanın turizm və müalicə imkanları ilə bağlı təqdimat həyata keçirilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB