“Gənc mədəniyyət işçilərinin koordinasiya qrupu”nun təsis toplantısı keçirildi

“Gənc mədəniyyət işçilərinin koordinasiya qrupu”nun təsis toplantısı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin qarşısında müəyyən etdiyi yeni hədəflər nəzərə alınaraq, Mərkəzin prioritet fəaliyyət istiqamətlərindən biri məhz regionlarda mədəniyyət müəssisələri tərəfindən göstərilən mədəni xidmətlərin müasirləşdirilməsindən ibarətdir. SİA-nın verdiyi məlumata görə, rayon mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əsaslı dəyişiklərə nail olmaq üçün orada çalışan əməkdaşların yeni peşə səriştələrinə yiyələnməsi və innovativ xarakterli kreativ ideyaların tətbiqi kimi məsələlər böyük əhəmiyyətə malikdir. kreativ və innovativ ideyaların mədəniyyət sahəsində geniş tətbiqi isə bu məsələyə gənc əməkdaşların fəal qatılması dərəcəsindən asılıdır.

Yuxarıda göstərilənləri, habelə rayon mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşların fəaliyyətinin stimullaşdırılması və onların potensialından daha geniş və səmərəli istifadəsi ilə bağlı verilən tapşırıaqları nəzərə alaraq ,Mərkəz tərəfindən müvafiq ilkin işlər görülmüş və gənc əməkdaşların məlumat bazası da hazırlanmışdır.

Belə ki, sözügedən istiqamətdə effektiv və çevik koordinasiya işlərinin aparılmasını təmin etmək üçün Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin nəzdində "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun yaradılması məqsədəuyğun hesab edilir. Qrup mədəniyyət müəssisələri və rayonlar arasında daha effektiv koordinasiya işlərinin aparılmasına , sistemdə çalışan gənc əməkdaşların fəaliyyətinin stimullaşdırılmasına və onların potensialından daha səmərəli istifadə olunmasına xidmət edəcəkdir. Sözügedən Qrup, eyni zamanda Nazirlik tərəfindən veriləcək tapşırıqların effektiv və çevik icra olunmasına, habelə müəssisələrdə işgüzar yaradıcı mühitin yaradılmasına da səbəb olacaqdır. Qrupun məhz Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən təsis olunması isə onun fəaliyyətinin çevikliyini təmin edəcəkdir.

Müxtəlif regionlarım mədəniyyət müəssislərində çalışan gənc əməkdaşların iştirakı ilə cari ilin 3 noyabr tarixində təsis olunması nəzərdə tutulan Qrupun müxtəlif məsələlər ilə yanaşı, eyni zamanda sistemdə sağlam rəqabət mühitinin yaradılmasına , yeni ideyaların formalaşmasına və yüksək savadlı gənclərin sahəyə diqqətinin artırılmasına təkan verəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə