Füzuli Dövlət Dram Teatrı "N” saylı hərbi hissədə olub FOTOLAR
Füzuli Dövlət Dram Teatrı "N" saylı hərbi hissədə keçirilən "Açıq qapı" tədbirində iştirak edib. SİA-nın məlumatına görə, tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Xəqani Məmmədov, "N" saylı hərbi hissə rəhbərləri, Qarabağ veteranları və əsgər valideynləri iştirak edib.
Tədbirdə teatrın repertuarında olan tamaşalardan parçalar, aparıcıların "Vətən", "Azərbaycan əsgəri" haqqındakı şeirləri əsgərlər və tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Daha sonra kollektiv əsgər yeməkxanasında əsgərlərlə birgə nahar edib və xatirə şəkli çəkdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB