"Bu sizsiniz" adlı rəsm müsabiqəsi keçirilir

"Bu sizsiniz" adlı rəsm müsabiqəsi keçirilir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə "Xətai" Sənət Mərkəzində təşkil olunan "Bu sizsiniz" adlı rəsm müsabiqəsi Azərbaycanın turizm sektorunun inkişafına dəstək məqsədilə keçirilir. Nazirlikdən SİA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər portret janrında fərqli üslubda və icra texnikasında (qara qələm, quru fırça, pastel, kömür, akvarel, akril, gips, döymə və s.) ən azı 3 rəsm əsərini oktyabrın 15-dək Xətai Sənət Mərkəzinin facebook səhifəsinin (https://www.facebook.com/xsm.art.az) mesaj qutusuna göndəriblər. İlkin mərhələdə münsiflər heyəti tərəfindən seçilmiş müəlliflər oktyabrın 31-də saat 17:30-da Xətai Sənət Mərkəzinə gələrək, öz bacarıqlarını canlı olaraq nümayiş etdirəcəklər. Münsiflər heyəti tərəfindən canlı müsabiqənin qalibləri müəyyən ediləcəkdir. Sonra qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

Müsabiqənin bütün iştirakçıları diplomla təltif olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə