Şuşa Dövlət Musiqili Dram Teatrı oktyabr ayının 26-da saat 16:oo-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Türk yazıçısı Hasan Erkeyin "Kitabi - Dədə Qorqud" boyları əsasında yazdığı "Adını qazanan uşaq" tamaşası ilə tamaşaçıların görüşünə gələcək. SİA-nın məlumatına görə, tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında "Bilik Fondu"nun həyata keçirdiyi "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində yuxarı məktəb şagirdləri üçün oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Rollarda Sevinc Ağayeva, Vüsalə Məmmədzadə, Etibar Cəfərov, Hamlet Qənbərov, Gündüz Qasımov, Tofiq Hacıyev və başqaları çıxış edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB