"Qatil" bədii filminin təqdimatı keçiriləcək

"Qatil" bədii filminin təqdimatı keçiriləcək

21 oktyabr tarixində Nizami Kino Mərkəzində Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan rejissor Kamran Şahmərdanın "Qatil" bədii filminin təqdimatı keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Finlandiyanın "Black and White Studio", Gürcüstanın "Studio 33A" və "Vars Studio" şirkətlərinin iştirakı ilə istehsal olunub.
Psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifi Xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə