Gəncə şəhərində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə kitabxanaçıların Gəncə-Qazax zonası üzrə müşavirəsi keçiriləcək. SİA-nın məlumatına görə, müşavirə 2015-ci ilin 21 oktyabr tarixində, saat 12:00-da Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində öz işinə başlayacaq.
Müşavirədə kitabxanaların rolu, inkişaf perspektivləri, Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sistemindən (ALİSA) istifadə zamanı mütəxəssislər tərəfindən müşahidə edilən problemlər və onların həlli məsələləri müzakirə olunacaq.
Eyni zamanda kitabxana mütəxəssisləri tərəfindən müvafiq sahəyə dair müxtəlif mövzularda fikir və təcrübə mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB