ALISA proqramı üzrə növbəti treninq

Kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə bağlı Azərbaycan Milli Kitabxanasında treninqlər davam edir. SİA-nın məlumatına görə, növbəti 10 günlük treninq başlayıb.
Treninqdə Yevlax, Füzuli, Tərtər, Xocavənd, Laçın, Ağdam rayon Mərkəzi Kitabxana Sistemlərinin və Respublika Gözdən Əlillər Kitabxanasının mütəxəssisləri iştirak edirlər. İştirakçılar ALISA proqramında işləməklə yanaşı, MARC 21 formatını öyrənəcəklər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək treninqin "Ultra" şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirib, iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, treninqi müvəffəqiyyətlə başa vuran dinləyicilərə sertifikatlar veriləcək

Bütün xəbərlər Facebook səhifəmizdə