Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə həsr olunmuş yubiley tədbirləri çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) rəsmi açılış mərasimi olub. SİA-nın məlumatına görə, tədbirdə AMEA rəhbərliyi, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, Misir Mədəniyyət Mərkəzinin direktoru, ölkə kitabxanalarının rəhbərləri və digər rəsmi şəxslər iştirak edib.
Tədbirdə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli çıxış edərək diqqətə çatdırıb ki, AMEA-nın kitabxanasının tikilməsi ideyası 20 il bundan əvvəl yaranıb. Bildirib ki, son illərdə dünyanın müxtəlif ölkələrində yaradılan müasir kitabxanaların modelləri öyrənilib. Bu kitabxana ən geniş imkanlara malikdir.
Tədbirdə Fələstinin Azərbaycandakı səfiri Nasser Abdul Kareem A. Raheem, Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydi çıxış edərək bildiriblər ki, Azərbaycanın müasir tarixi və mədəniyyəti var. Mərkəzi Elmi Kitabxananın açılması insanlar üçün böyük hadisədir.
Daha sonra MEK-in direktoru Leyla İmanova söz alaraq Mərkəzi Elmi Kitabxana haqda məlumat verib. Diqqətə çatdırıb ki, Mərkəzi Elmi Kitabxana 1924-cü ildə Azərbaycanın görkəmli ziyalıları Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Hənəfi Zeynallı və başqalarının təşəbbüsü və yaxından köməyi ilə "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin nəzdində Biblioqrafik büro kimi fəaliyyətə başlayıb. 1923-cü ilin noyabr ayında "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin keçirtdiyi iclasda kitabxananın yaradılması haqqında qərar qəbul edilir və həmin vaxtdan Cəmiyyətin nəzdində Elmi Kitabxana fəaliyyətə başlayır. 2011-ci il noyabrın 28-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, AMEA-nın prezidenti Mahmud Kərimov, "Azəraqrartikinti" ASC-nin sədri Ağalar Vəliyevin iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) üçün yeni binanın təməlqoyma mərasimi olub. 2014-cü ilin sonundan başlayaraq AMEA MEK köhnə ünvanından yeni binasına köçürülür. AMEA MEK-in işçi personalından ibarət qrup xüsusi nəzarət altında, təlimata uyğun olaraq kitabları müvafiq fonda görə ayırır və qeydiyyatını aparır. Digər bir qrup isə yeni binaya daşınmazdan əvvəl köhnəlmiş kitabların bərpa olunmasını təşkil edir. Kitabların yeni binaya aparılması prosesi onlara yeni inventar kodları və elektron çiplər vurularaq davam etdirilir. 143000-dən çox kitab artıq inventarlaşdırılıb. Nadir kitablar fondunun köçürülməsi artıq tamamlanıb. Ümumi fond, Şərq ədəbiyyatı fondu və Mübadilə fondunun köçürülmə prosesi isə davam edir".
Qeyd edək ki, sonda kitabxanaya baxış keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB