Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyasını (AHTTSA) təmsil edən nümayəndə heyəti Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Ankara Ticarət Odasının dəvəti ilə işgüzar səfərdə olub. SİA-nın məlumatına görə, heyət "Sağlıq turizmində nəyimiz var? Nəyimiz yox ? Nə etməliyik?" mövzusunda konfransda iştirak edib. Konfransda Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, TÜRSAB, ATO, sağlıq müəssisələri , turoperatorlar, eləcədə MDB, Avropa və orta şərqdən gəlmiş rəsmi şəxslər, doktorlar və iş adamları iştirak etmişlər. Konfransda problemlər, birgə hədəflər, qarşılıqlı fəaliyyət, yaxın və uzaq prespektivlər müzakirə olunmuşdur. Konfransda 3 panel dinləmələri həyata keçirilmiş, sual-cavab şəklində həyata keçirilmişdir. Azərbaycan nümayəndə heyəti adından Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyasının sədri Ruslan Quliyev "Azərbaycanın turizm potensialı" adlı mövzu ilə geniş təqdimatla çıxış etmiş və iştirakçıların suallarını cavablandırıb. Tədbirdən sonra ikitərəfli görüşlər çərçivəsində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Sonda qonaqlara Azərbaycanın turizm və mədəni imkanlarını əks etdirən reklam və çap məhsulları təqdim olunub. Bu mövzuda keçirilən tədbirin növbəti dəfə Azərbaycanda keçirilməsi yekdilliklə qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB