Məcnun Hacıbəyovun 80 illik yubileyi keçiriləcək

Məcnun Hacıbəyovun 80 illik yubileyi keçiriləcək

Oktyabrın 5-də Mədəniyyət və Turizm Nazirliyin dəstəyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Əməkdar Artist Məcnun Hacıbəyovun 80 illik yubileyi qeyd olunacaq. SİA-nın məlumatına görə, təşkil olunacaq yubiley tədbirində sənətkarın həyat yolu və yaratdığı bənzərsiz obrazlar qalereyası haqqında söhbət açılacaq.

Qeyd edək ki, Məcnun Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonunun ikinci Nügədi kəndində anadan olub. Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Yeni evlənənlər", "Gənclik macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat", "Sabiqlər", "Şirin bülbül", "Sarıköynəklə Valehin nağılı" və digər filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. İyirmidən çox filmdə rol alan aktyor hazırda doğulduğu rayonda yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə