Azərbaycan “JATA 2015” turizm sərgisində təmsil olunur

Azərbaycan “JATA 2015” turizm sərgisində təmsil olunur
Yaponiyanın Tokio şəhərində keçirilən "JATA 2015" beynəlxalq turizm sərgisi öz işinə başlayıb. SİA-nın məlumatına görə,sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, Təbliğat sektorunun müdiri Emil Səfərov, "Al travel", "Turizm.az", "Spektr travel", "Geo travel" və "SW travel" turizm şirkətlərinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir. Sərginin açılışı zamanı Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə Azərbaycan milli stendini ziyarət edib.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 45 kv.m sahədə milli stend quraşdırılmış, sərgiyə gələn ziyarətçi və iştirakçılara 30-dan artıq ingilis və yapon dillərində ölkəmizin mədəniyyəti, tarixi, təbiəti, turizmi, mədəni irsi haqqında reklam-çap məhsulları təqdim olunur.

Sərginin ilk günü ölkəmizin turizm sənayesinin nümayəndələri ilə Yaponiyanın turizm sənayesi nümayəndələri arasında ikitərəfli görüşlər keçirilmiş və əməkdaşlığa dair müqavilələr imzalanıb. 25 sentyabr tarixində görüşlər Azərbaycan milli stendində davam etdirilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin marketinq strategiyasına əsasən Yaponiya Azərbaycan üçün gəlmə turizm baxımından prioritet ölkələr qrupuna daxildir.

Məlumat üçün bildiririk ki, 2007-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq yeddinci dəfədir ki, "JATA" beynəlxalq turizm sərgisində iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня