Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçilən sözügedən layihə çərçivəsində təlimlər davam edir. SİA-nın xəbərinə görə, layihə uşaqlarda rəsmə olan marağı üzə çıxarmaq, onları rəsm çəkməyə daha da həvəsləndirmək məqsədilə təşkil olunub.
Sentyabrın 11-16-da "Ümid yeri" uşaq evi və 2 nömrəli internat məktəblərində reallaşan təlimlər zamanı 50 nəfərə yaxın uşaq, gənc rəssam Aysel Əmirovanın keçmiş olduğu təlimlər çərçivəsində layihənin ideyasına uyğun gələcəyə dair fikirlərini çəkdikləri rəsm nümunələrində əks etdiriblər.
Layihə çərçivəsində təlimlərin davamı olaraq növbəti günlərdə uşaqlarla görüş 8 və 12 nömrəli uşaq evlərində təşkil olunacaq.
Sonda layihəyə təqdim olunan bütün rəsm nümunələrindən ibarət sərginin açılması ilə layihəyə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB