Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, musiqiçilər Azərbaycan Milli İncəsənət Muzeyinin bağında nümayiş olunan "Güllələnmiş heykəllər" abidəsini ziyarət ediblər. SİA-nın məlumatına görə, bir vaxtlar doğma şəhərləri Şuşada ucalan Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri işğaldan sonra Bakıda, bu məkanda qərar tutub. Abidələr önünə tər güllər düzüldü, xatirələri hörmətlə anılıb.
Daha sonra mərasim Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında davam edib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək bildirdi ki, bu gün Azərbaycan mədəniyyətinin, mənəviyyatının formalaşmasında böyük rolu olan Üzeyir bəyin doğum günü kimi tarixə düşüb. Milli Musiqi Günü münasibətilə keçirilən tədbirlərə toxunan nazir müavini qeyd etdi ki, Üzeyir Hacıbəyliyə həsr olunan ənənəvi beynəlxalq musiqi festivalı hər il sənət aləmində böyük marağa səbəb olur: "Hər il olduğu kimi, bu il də dahi bəstəkarın doğum günü geniş şəkildə qeyd olunacaq. Sentyabrın 18-dən 28-dək keçiriləcək Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində teatr və konsert salonlarında, muzeylərdə, musiqi məktəblərində müxtəlif tədbirlər təşkil olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB