Lahıc "Turizm hekayələri" kitabında

Xəbər verdiyimiz kimi, Kolumbiyanın Medellin şəhərində keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 21-ci Sessiyası keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, sessiyada təşkilat tərəfindən hazırlanmış "Turizm hekayələri" kitabının ikinci buraxılışının təqdimatı keçirilib. Təqdimatı BMÜTT-nin Baş Katibi Taleb Rifai edib.

Kitab dünyanın fərqli ölkələrində turizm sahəsində çalışan 28 adamdan bəhs edir və turizmin insanların həyat səviyyəsinin yüksəlməsində, cəmiyyətin müsbət tərəfə inkişafında rolunu göstərir.

Kitabda Lahıcda yaşayan müəllim Dadaş Əliyevin "Lahıcın imkanlar dili" hekayəsi də yer alıb. Hekayə Lahıc kəndində turizmin inkişafı haqqında bəhs edir və bunun kənddə yaşayan əhaliyə təsirini göstərir.

"Turizm hekayələri" kitabını aşağıdakı səhifədə yükləmək olar:

http://www.e-unwto.org/doi/book/10.18111/9789284417186

Bütün xəbərlər Facebook səhifəmizdə