Azərbaycanın xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova Malayziyada "Diverse City 2015: Kuala Lumpur" Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Kuala-Lumpurun əzəmətli konsert sarayı "Dewan Filarmonik Petronas"da konsert proqramı ilə çıxış edib. SİA-nın xəbərinə görə, xalq artistinin mətbuat katibi Səadət Möhübova bildirib ki, konsert Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi və "Pusaka" qurumunun təşkilatçılığı ilə baş tutan konsert proqramı yüksək səviyyədə keçib.
Qeyd edək ki, Azərbaycanın Malayziyadakı səfirliyi Alim Qasımovun şərəfinə ziyafət təşkil edib. Sənətkarlar bu gün Bakıya qayıdır.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB