"Qırmızı bağ” filmi yekunlaşmaq üzrədir FOTO

"Qırmızı bağ” filmi yekunlaşmaq üzrədir FOTO

"Qırmızı bağ" bədii filminin istehsalı yekunlaşmaq üzrədir. SİA-nın məlumatına görə, montaj-səsləndirmə dövründə film üzərində azərbaycanlı və rusiyalı kino mütəxəssislərindən ibarət heyət çalışır. Filmin səsləndirilməsi C.Cabbarlı adına "Azerbaycanfilm" kinostudiyasında həyata keçirilir. Post-prodakşn Sankt-Peterburqda Cinemix studiyasında tamamlanacaq.

Yeni ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, montaj Anna Mass, səs rejissoru Tariyel Həsənzadə, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov ("Azərbaycanfilm") və Timur Vaynşteyndir (" Weit Media").

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev canlandırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə