İyulun 17- də xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova Polşaya yola düşəcək. SİA-nın məlumatına görə, Alim Qasımov və qızı iyulun 18-də Polşada keçiriləcək "Jarocin 2015" musiqi festivalında çıxış edəcəklər.
Festival çərçivəsində muğam ifaçılarımızın Polşanın "Vovo" musiqi qrupu ilə birgə çıxışı və müxtəlif musiqi nömrələrinin səsləndirilməsi planlaşdırılır.
Nəzərinizə çatdıraq ki, "Vovo" qrupunun iki mahnısını duet şəkilində oxuyan xanəndəmizin ifası qrupun son diskində yer alıb.
Qeyd edək ki, Alim Qasımovun növbəti konsert proqramı avqust ayında Malayziyada reallaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB