Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi Məktəbində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar konsert təqdim edilib. SİA-nın məlumatına görə, məktəbin direktoru, əməkdar müəllim Yusif Vəliyev Milli Qurtuluş günü haqqında məlumat verib.
Bildirilib ki, müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla ölkəmizin suverenliyini, müstəqilliyini xilas etdi. Geniş ictimaiyyətin davamlı çağırışlarını nəzərə alan ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu idi.
Qeyd edək ki, tədbirdə bir sıra musiqi məktəblərinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB