Musiqi Məktəbinin kollektivi "Bakı 2015"ə dəstək aksiyası keçirib FOTOLAR

Musiqi Məktəbinin kollektivi "Bakı 2015"ə dəstək aksiyası keçirib FOTOLAR

Lənkəran şəhər C. Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri 12-28 iyun 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarına dəstək aksiyası keçiriblər. SİA-nın verdiyi məlumata görə, məktəb kollektivinin Lənkəran şəhərindəki Heydər Əliyev meydanından başladığı konsert proqramı Lənkəran və Astara rayonunun yaşayış məntəqələrində davam etdirilmiş və bu aksiya sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Tədbirin keçirilməsinə Lənkəran şəhər İcra Hakimiyyəti və Lənkəran şəhər Mədəniyyət və Turizm Şöbəsi tərəfindən köməklik göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə