Festival çərçivəsində növbəti konsert təqdim edilib

Festival çərçivəsində növbəti konsert təqdim edilib

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə mayın 17-dən 24-dək Bakıda VIII Beynəlxalq Rostropoviç Festivalı keçirilir. SİA-nın verdiyi məlumata görə, VIII Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində növbəti konsert Azərbaycan Dövlət Filarmoniyasında təqdim olunub. "Rusiyanın parlayan ulduzları" adlı konsert proqramına beynəlxalq müsabiqə laureatları Robert Brem (skripka), Mixail Qayduk (truba), Timur Kolodyajnı (violonçel), Mixail Çumakovun (skripka), habelə Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi kollektivinın çıxışları daxil idi.

Qeyd edək ki, 2007-ci ildən keçirilən festivalda bir çox tanınmış musiqiçilər və yaradıcı kollektivlər iştirak edirlər. Festival mayın 24-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə