Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi 9 may tarixində Masallı rayonunda keçiriləcək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbirdə bayram konserti ilə çıxış edəcək. Bunu SİA-ya açıqlamasında teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib. "Bu günlərdə ölkənin hər yerində Ümummilli Lider Heydər Əliyevin anadan olduğu günə həsr edilmiş tədbirlər keçirilir. Belə möhtəşəm tədbirlərdən biri də Masallı rayonunda təşkil olunub. Masallı rayon rəhbərliyinin və Masallı rayon Mədəniyyət və Turizm Şöbəsinin dəvəti ilə bizim teatrın kollektivi də bu tədbirdə çıxış edəcək. İnanıram ki, Əməkdar artist Səidə Şərifəliyeva, Gülnarə Əzizova, Əlif Cahangirov, Leyla Məmmədova öz çıxışları ilə bu bayram konsertinə xüsusi rəng qatacaqlar. Ümumiyyətlə, Musiqili Teatrla Masallı rayon Mədəniyyət və Turizm Şöbəsi arasında çox böyük əməkdaşlıq əlaqələri mövcuddur. Biz bir neçə dəfə maraqlı tamaşalarla Masallı rayonunda çıxış etmişik. Bildiyiniz kimi Mədəniyyət və Turizm Nazirliyi bu il "Bölgələrdən paytaxta" adlı layihə həyata keçirir. Bir neçə ay bundan öncə həmin layihə əsasında təşkil olunan ilk tədbir - Masallı rayon Mədəniyyət və Turizm Şöbəsinin tədbiri Musiqili Teatrda baş tutdu. İndi isə biz Masallıda olacağıq. Düşünürəm ki, bizim də səfərimiz uğurlu olacaq və bundan sonra da Masallı rayonu ilə əməkdaşlığımız yüksək səviyyədə davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB