Elmi Şuranın iclası keçirilib FOTO

Elmi Şuranın iclası keçirilib FOTO

Azərbaycan Turizm və Menecment Universiteti elmi şurasının iclası olub. ATMU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərdə görə, iclası ali təhsil ocağının rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov giriş sözü ilə açıb. Rektor C.Cəfərov bu il fevral ayının 6-da ATİ-nin son, ATMU-nun isə ilk elmi şurasının geniş tərkibdə iclasının keçirildiyini deyib. Həmçinin qeyd edib ki, bu gün Azərbaycan Turizm və Menecment Universiteti öz elmi şurasının 1-ci iclasını keçirir. ATMU ailəsi olaraq təhsil-təlim-təcrübə-tədqiqat, o cümlədən xarici tərəfdaş ali məktəblər, ölkə elmi və nüfuzlu turizm müəssisələri , həmçinin beynəlxalq təşkilatlarla səmərəli əlaqələrin dinamik inkişafını şərtləndirən göstəricilər konteksində zamanın nəbzini tutan istiqamətlər üzrə fəaliyyətimizi daha da genişləndirməliyik. Azərbaycan Turizm və Menecment Universiteti elmi şurası iclasının gündəliyinə əsasən ATMU-nun Tədris işləri üzrə prorektoru s.ü.f.d. Eldar Aslanov "Yay imtahan sessiyasına hazırlığın vəziyyəti" və "ATİ- ATMU-nun yaranmasının 10 illiyi münasibəti ilə bağlı görüləcək hazırlıq işləri haqqında" geniş məruzə ilə çıxış etdi. Daha sonra ali təhsil ocağının dekanlarının gündəlik hesabat-məlumatları dinlənildi.

Keyfiyyət təminatı şöbəsi tərəfindən isə 2014/15-ci tədris ilinin yekun dövlət attestasiya imtahanı, buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiələrinin təşkili barədə məlumat verdi.

Sonda ATMU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov başlıca vəzifələrlə bağlı tövsiyə-tapşırıqlarını şura üzvlərinin diqqətinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə