Türkiyə Respublikasının Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru prof. Dr cənab Durmuş Dəvəçinin başçılığı ilə ölkəmizə səfərə gələn nümayəndə heyəti Azərbaycan Turizm və Menecment Universitetinin qonağı olub. SİA-nın verdiyi məlumata görə, səmimi keçən görüşdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov ali məktəbin yaranma tarixi, xarici əlaqələri və tədris prosesi haqqında qonaqlara ətraflı məlumat verib. Türkiyə Respublikası Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru prof. Dr Dəvəçi Durmuş isə rəhbərlik etdiyi təhsil ocağının hədəflərindən danışıb.
Azərbaycan Turizm və Menecment Universiteti və Kahramanmaraş Sütçü İmam Universitetinin bir qrup əməkdaşının iştirakı ilə keçirilən görüşün sonunda universitet rektorları Mövlanə Mübadilə proqramı çərçivəsində əməkdaşlıq müqaviləsi imzalayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB