Nizami Kino Mərkəzində milli komediya filmi "Yumurta"nın qala gecəsi baş tutub. Filmin nümayişindən əvvəl jurnalistlərə müsahibə verən yaradıcı heyət bildirib ki, film bir il yarıma başa gəlib. Diqqətə çatdırılıb ki, iyirmidən artıq tanınmış aktyoru özündə cəmləşdirən "Yumurta" tamaşaçıya maraqlı süjet və bol gülüş vəd edir.
SİA-nın verdiyi məlumata görə, gecədə filmin çəkiliş qrupu səhnəyə çıxaraq hər kəsə xoş istirahətlər arzulayıblar. Bildirilib ki, sözügedən film fantastik- absurd komediya, macəra və utopiya janrında çəkilib.
Nəzərinizə çatdıraq ki, filmin rejissoru Ramil Adiloğlu, baş rolları aktyorlar Nicat Rəhimov, Məcid Hüseynov, Fərda Xudaverdiyev, İlham Binəli, Elnur Hüseynov, Faiq Mirzə, Arif Quliyev, Bəhram Bağırzadə, Ramin Hacıyev, Ələsgər Məmmədoğlu, Teymur Məmmədov və başqaları canlandırıblar. "Yumurta" filmi arxeoloq Tapdıqın qazıntılar zamanı tapdığı, milyon yaşı olduğu iddia edilən, yumurtadan bəhs edir. Tapdıqın mülahizəsinə əsasən, qədim tayfa başçısı, ona babalarından miras qalmış müqəddəs yumurtaları oğlu Duduya təqdim edir və onların ciddi qorunmasını tapşırır. Əks halda, yumurtalar sınarsa, böyük fəlakətin baş verəcəyini söyləyir. Təsadüfən Dudunun əlindən düşüb sınan yumurta, onu indiki dövrə gətirir. Qala –gecəsində filmin rejissoru Ramil Adiloğlu, baş rolları ifa edən aktyorlar və yaradıcı qrupun digər üzvləri iştirak ediblər.
Qeyd edək ki, film tamaşaçılar tərəfindən alqışlarla qarşılanan film aprelin 2-dən etibarən ölkənin bütün kinoteatrlarında nümayiş olunacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB