5 mehmanxanaya dərəcə sertifikatları verilib

5 mehmanxanaya dərəcə sertifikatları verilib

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mart ayında Bakı şəhərində fəaliyyət göstərən 5 mehmanxanaya dərəcə sertifikatları verilib:
1. "Sheraton Baku Airport" mehmanxanası (5 ulduz),
2. "Teatro Boutique Hotel"mehmanxanası (4 ulduz),
3. "Lake Palace" mehmanxanası (4 ulduz),
4. "Atrium" mehmanxanası(4 ulduz),
5. "Qorqud" mehmanxanası (4 ulduz).
Qeyd edək ki, respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 78-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə