“Təbiətin naxışları”

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bu ali məktəbin təsviri sənət kafedrasının baş müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Tamilla Abdullayevanın Novruz bayramına həsr olunan "Təbiətin naxışları" adlı fərdi sərgisi açılıb. ADMİU-dan SİA-ya verilən məlumata görə, sərginin açılışında ADMİU-nun rektoru, professor Fərəh Əliyeva T.Abdullayevanı təbrik edib, universitetdə müəllimlərinin sərgilərinin təşkil edilməsinin vacibliyini xüsusi qeyd edib.

Tədbirdə xalq rəssamları Ağəli İbrahimov, Xanlar Əhmədov, rəssam Fəxrəddin Qəhrəmanlı, professor Arif Əziz çıxış edərək T.Abdullayevanın maraqlı, zəngin rəng çalarları ilə seçilən yaradıcılığından söz açıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə