Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyənin nüfuzlu turizm kanalı olan "World Travel Channel"-in "Şehir Günlüğü" proqramında 12-28 iyun 2015-ci il tarixində Bakı şəhərində keçiriləcək "I Avropa Oyunları"na hazırlıq, idman obyektlərinin inşası və turistlər üçün yaradılan şərait və türk turistlərin ölkəmizə cəlb olunması haqqında geniş məlumat verilir. SİA-nın verdiyi məlumata görə, eyni zamanda proqramda Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və Gənclər və İdman Naziri Azad Rəhimovun yuxarıda qeyd olunan mövzuda geniş fikirləri yer alıb.
Nəzərinizə çatdıraq ki, "Şehir Günlüğü" proqramı gün ərzində 6 dəfə yayımlanmaqdadır.
Mədəniyyət və Turizm Nazirliyi dünyanın nüfuzlu "CNN" və "Euronews" kimi telekanallarla yanaşı, ölkəmizə qonşu ölkələrdən turistlərin cəlb olunması üçün mütəmadi olaraq, Rusiya və Türkiyə telekanalları ilə də sıx əməkdaşlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB