“Yapışık kardeşler” FOTOLAR

Türkiyənin populyar "Men bilmem eşim biler" verilişinin aparıcısı İlker Ayrık Nizami Kino Mərkəzində film təqdim edəcək. SİA-nın verdiyi məlumata görə, İlker Ayrık çəkdiyi və çəkildiyi "Yapışık kardeşler" komediya filmini Azərbaycan tamaşaçısına təqdim edəcək.

Halim və Selim iki şən və baməzə olan qardaşdırlar. Onları başqalarından fərqli edən səbəb bir-birinə yapışıq doğulmaları və istər istəməz bərabər yaşamağa məcbur olmalarıdır. Balaca bir qəsəbədə xoşbəxt həyat sürən qardaşlar evlilik yaşına çatdıqda, özlərinə uyğun "xeyirli" qismət tapmaq üçün İstanbula üz tuturlar.

Filmdən əvvəl aktyor və rejissor İlker Ayırık aftoqraf sessiyası keçirəcək və mətbuatın suallarını cavablandıracaq.

Filmdə baş rolları İlker Ayirik ilə yanaşı Hakan Bulut, İvana Sert, Suzan Kardeş, Suat Sungur, Erdal Tosun, Ayberk Atilla, Fırat Tanış ve Bülent Şakrak ifa ediblər.

Jurnalistlər filmə dəvətlidir. Həmçinin, filmin nümayişinə, sevimli aktyoru izləmək istəyən tamaşaçılarda qatıla bilər. Biletlər artıq satışdadır.

Qeyd edək ki, film 6 mart Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə