Nizami Kino Mərkəzində yeni filmlər olacaq FOTO

Nizami Kino Mərkəzində yeni filmlər olacaq FOTO

Nizami Kino Mərkəzində bu gündən etibarən ABŞ istehsalı olan "Kontinuum" və "Kiber" filmlərin nümayişinə başlanıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Kontinuum" filmini Endryu Düçmanın ssenarisi əsasında rejissor Din İzraelayt fantastik triller janrında çəkib.

Ad günündə çəkilmiş köhnə lent yazılarına baxan baş qəhrəman, ani olaraq videoda "əsl" əksini görür. Maraqda qalan dostları, sirli zaman maşınına bənzər qurğunun çertyojlarını tapır və onu təkmilləşdirərək keçmişə qayıdıb səhvlərini düzəltmək istəyirlər.

Bəs bu qurğu tineycerlərin əlinə keçsə nə ola bilər? Zarafat kabusa dönər. Hələ ki dünya dağılmayıb təcili sürətdə kontinumu bərpa etmək lazımdır.

Filmdəki rollara Conni Ueston, Sofiya –Blek Delia, Emi Landeker, Virciniya Qardner, Anes Mayasari, Allen Evangelista, Sem Lerner və başqa aktyorlar çəkilib.

"Kiber" filmini isə rejissor Maykl Mann döyüş, triller və kriminal dram janrında çəkib.

Müasir dünya məkanının sakit, stabil həyatını poza bilən nə baş verə bilər ki? Lakin, yeni texnologiyalar sahəsində keçirilən tədqiqatlar bəşəriyyətə əsl təhlükə gətirmək üzrədir. Bunun qarşısını almaq məqsədilə, Çinin və ABŞ-ın ən dahi alimləri nəhəng kibernetik həmləyə qarşı mübarizə aparmaq üçün bir araya gəlirlər.

Filmdə, baş rolları Kris Hemsvort, Van Lixom, Tan Vey, Viola Devis, Xolt MakKellani, Endi On, Riçi Koster, Kristian Borl, Con Ortis və başqa aktyorlar canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə